Tarix : 2017 Dec 18
Kod 53783

Nardaran “işi” – 2 məhbuslarına prokuror 150 ildәn çox iş istədi

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran hadisələri” ilə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Tale Bağırzadәnin müavini Elçin Qasımov və digər şəxslərə cəza istənilib.
Arannews-Ədalətsiz hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə “dövlət ittihamçısı” çıxış edərək Elçin Qasımovun 16 il, Ağa-Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses dekabrın 22-də davam etdiriləcək.
Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çoax adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


  • Yazılıb
  • da (də) 2017 Dec 18
  • Göndərən مدير سايت Aran News