İslam Ölkələri Parlamentlərarası Birliyin Fələstin komitəsinin fövqəladə iclası sabah üç ölkə, İran, Mali və İraq parlament sədrlərinin iştirakı ilə Tehranda keçiriləcək.
Arannews-İRNA-nın məlumatına görə, İslam Ölkələri Parlamentlərarası Birliyin Fələstin komitəsinin fövqəladə iclası Fələstindəki son hadisələr və ABŞ prezidentinin bu ölkə səfirliyini Tələvivdən Beytül-Müqəddəsə köçürməsinə dair qərarının araşdırılması məqsədilə keçiriləcək.