Arannews-İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək. Bu barədə FaktXəbər-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.