Tanınmış vəkil Əsabəli Mustafayev 30 sutka inzibati həbs cəzası almış blogger Namiq Sadıqının apellyasiya şikayətinə baxılmamasın barədə özünün feysbuk səhifəsində qeyd paylaşıb.
Arannews:Rakurs.tv-istinadən xəbər- bloger Namiq Sadiqovun (Namiq Sadıqlı) həbsdə olmasının 18 günü, apellyasiya şikayəti verməyimin 12-ci günü tamam olur. Bir-iki günə baxılmalı olan şikayətə indiyə qədər baxılmayıb. Bu gecikmə barədə keçən həftə bir sıra kütləvi informasiya vasitələrində məlumat yaymışdım. Gözləyirdim ki, bu məlumatdan sonra şikayətə baxılması dərhal təmin ediləcək. Lakin bu günə də şikayətin talehi barədə heç bir xəbər yoxdur. Məcbur olub bu gün Ombudsmanın elektron poçtuna rəsmi məktub yazmışam.Ondan həm şikayətin baxlmasının təmin edilməsini, həm də Namiq bəyin saxlanılma şəraitinin araşdırılmasını, onun səhhətindəki problemlərin aradan qaldırılmasına kömək etməsini xahiş etmişəm. Görək nəticəsi nə olacaq”,- deyə Əsabəli Mustafayev qeyd edib.