Tarix : 2017 Dec 19
Kod 53790

Direktoru həbs olunan kanalın saytına giriş məhdudlaşdırılıb

Kanal13 televiziyasının kanal13.tv domeninə Azərbaycan Respublikasının internet məkanından giriş qanunsuz olaraq məhdudlaşdırılıb və ölkə İP ünvanlarından bu sayta giriş mümkün deyil" - bu sözləri vəkil Cavad Cavadov deyib.
Arannews:Rakurs.tv-istinadən xəbər-Bir müddət öncə direktoru həbs olunan Kanal13 internet televizyasının internet domeninə giriş qanunsuz şəkildə məhdudlaşdırılıb. Bu barədə Rakurs TV-ə kanalın direktoru Əziz Orucovun hüquqlarını müdafiə edən Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliyinə göndərdiyi sorğuya cavab olaraq, nazirlik tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasına dair hər hansı tədbir görülmədiyi bildirilib. Vəkil həmin nazirliyin yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzinə göndərilən sorğuya da eyni cavabın gəldiyini deyib.

Cavad Cavadov

"Bu isə bir anlama gəlir ki, kanal13.tv saytına Azərbaycan Respublikasından giriş qanunsuz olaraq provayderlər tərəfindən məhdudlaşdırılıb. Çünki internet resursuna müraciətinə məhdudlaşdırılmasının əsasları və qaydası “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda nəzərdə tutulub və məhdudlaşdırılma səlahiyyəti məhz yuxarıda göstərilən nazirliyin səlahiyyətinə aiddir. Hal-hazırda tərəfimdən bütün internet provayderlərə mücariət ünvanlanıb. Təqribən bir ay əvvəl aparıcı internet provayderi olan Delta telekom MMC-nə bununla bağlı sorğum hələ ki, cavabsız qalıb" - Cavad Cavadov deyir.

Cavad Cavadov məsələni araşdırmağa və "kanal13.tv" domeninin Azərbaycan internet məkanından girişinin bərpası üçün təbdirlər görməyə davam edəcəyini deyib. 

Kanal13 internet televiyasının Bakı bürosunun direktoru Əziz Orucov 6 il müddətə azadlıqdan məhrum edilib.

Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.


  • Yazılıb
  • da (də) 2017 Dec 19
  • Göndərən مدير سايت Aran News