Tarix : 2017 Dec 19
Kod 53794

Təbrizdə Nizami Gəncəvi Beynəlxalq Konfransı keçiriləcək

Konfransın elmi katibi hicri-qəməri 6-cı əsrin farsca yazıb-yaratmış şairinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Konfransın Təbrizdə keçiriləcəyini xəbər verib.
AranNews - Nizami Gəncəvi Beynəlxalq Konfransının elmi katibi doktor Əbulfəzl Qənizadə konfransla bağlı bildirib: “Şərqi Azərbaycan əyalətinin təlim-tərbiyə idarəsi islami İran mədəniyyətini bərpa etmək, fars mədəniyyətini müdafiə etmək, İranın, xüsusilə də Azərbaycanın elm və ədəbiyyat dahilərinin qorunması istiqamətində Təbriz Universiteti, İslam Azad Universiteti, Fərhəngiyan Universiteti, Peyam-Nur Universiteti, Şərqi Azərbaycan Əyaləti Mədəniyyət Bəsici, Kənd Təsərrüfatı Universiteti, Aran Mədəniyyət Mərkəzi, Təbriz Bələdiyyəsi, Təbriz 2018 Katibliyi, Səhənd Əyalət Şəbəkəsi, Fars Dili və Ədəbiyyatı Əncüməni və digər elmi və mədəni qurumların iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Konfransı keçirir”. 
Ə. Qənizadə əlavə edib: “Konfransa Azərbaycan, Türkiyə, Tacikistan, İraq, Suriya, Misir və digər ölkələrdən də Nizamişünaslar dəvət olunacaq. Konfrans ölkənin bütün mütəxəssislərindən faydalanmağa təlaş edir”.
“Nizami Gəncəvinin özəlliklərindən biri də onun farsca şer söyləməsi və İslami İranın birliyini qorumağa təlaşı etməsidir. Konfransın plakatından bu məsələyə işarə olunub”-deyə, elmi katib vurğulayıb.
Ə. Qənizadə konfransın saytı, məqalələrin mövzusu və qəbulu ilə bağlı məlumat verərək deyib: “Konfransın saytı yaradılmışdır və onlayn olaraq məqalələri qəbul etməyə hazırdır.
Konfransın əsas mövzuları Nizaminin şerlərində İran mədəniyyətinin yeri, Nizaminin şerlərində fiqh və kəlam elmlərinin yeri, Nizamişünaslığa tarixi və tənqidi baxış, Nizami Gəncəvi İslam ölkələrinin ortaq irsi, Nizaminin fikri və ədəbi əsərlərində fars dilinin rolu kimi elan edilib”.
Nizami Gəncəviyə həsr edilmiş beynəlxalq konfrans fevralın 26-da Təbriz Universitetinin Vəhdət salonunda keçiriləcək.
Xatırladaq ki, tanınmış İran şairi Həkim Cəmaləddin Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Muəyyid Nizami Gəncəvi hicri-qəməri 6-cı əsrdə 530-cu ildə Gəncə şəhərindən dünyaya göz açmışdır. Nizamini qətiyyətlə, fars dili və şerinin ustadı adlandırmaq olar. Fars dilində dastansöyləmə Nizami tərəfindən başlanılmasa da 6-cı əsrin sonuna kimi təmsil şerini fars dilində ən yüksək təkamülə çatdıran yeganə şair Nizami olmuşdur


  • Yazılıb
  • da (də) 2017 Dec 19
  • Göndərən مدير سايت Aran News