Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin mart ayından Yəmənə təcavüzü start vermişdilər.
Arannews-İslaminSesi.info – Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəmənə təcavüzü start verib.Rəsmi statistikalar bu müdaxilədən irəli gələn müharibə nəticəsində 15 min mülki insanın öldüyünü desə də bu rəqəmin 20 mini ötdüyü bildirilir.
BMT-nin son statistikasına görə bu müharibədə və ondan irəli gələn şəraitə görə hər 10 dəqiqədə Yəməndə bir uşaq həlak olur.
Hazırda Səudiyyə və koalisiyası Yəməni su, quru və havadan mühasirədə saxlayır. Paytxat Sənanın hava limanı və eləcə də ölkənin iqtisadi damarı əl-Hudeyda dəniz limanı aviazərbələrlə dağıdılıb və tam şəkildə havadan və sudan mühasirədədir.