Tarix : 2017 Dec 19
Kod 53799

İslam Ölkələrinin Parlamentlərarası Birliyi Fələstinlə bağlı toplantı keçirir

İslam ölkələrinin Parlamentlərarası Birliyinin Fələstin üzrə komissiyası Tehranda fövqəladə və təcili toplantı keçirir.
Arannews-İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu gün Tehranda start verilən toplantıda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və bundan dolayı son həftədə İsrail rejiminin Fələstində aksiyaçılara təcavüzü və sair aidiyyatı proseslər müzakirə edilib.
İran Parlamentinin sədri Əli Laricani Qüds və Fələstin haqda müsəlman ölkələri tərəfindən bir addımın atılmayacağı təqdirdə hamının peşmançılıq çəkəcəyini deyib.
Fələstin məsələsinin müsəlman ölkələrinə bağlı olduğunu deyən İran spikeri müsəlman dövlətlərinə gələcəkdə baş verəcəklər haqda xəbərdarlıq edib.
Əli Laricani İsrailin sionist rejimi deyil, şər brukrasiyası adlandırılmasını istəyib.
Toplantıda Fələstinin nümayəndəsi Ridvan əl-Əxrəs də danışıb. O hazırda Qüds şəhərində əl-Əqsa məscidi və ətrafda İsrail tərəfindən qazılmaqda olan tunellərə diqqət çəkib.
İslam Ölkələrinin Parlamentlərarası Birliyinin üzvləri bu toplantının nəticələrindən biri kimi , ABŞ və İsrail əmtiələrinin alqı-satqı və istehlakının qadağan edilməsi istiqamətində qanunların qoyulmasını irəli sürüblər.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp


  • Yazılıb
  • da (də) 2017 Dec 19
  • Göndərən مدير سايت Aran News