Arannews- Ali-Səud rejiminin hərəkətləri onların Yəmən xalqına qarşı qətlləri və təcavüzü şiddətləndirməkdə dəliyə döndüklərini göstərir.Ərəbistan koalisiyasının Yəmənə vəhşicəsinə hücumdan 2 il 8 ay ötür. Bu müddət ərzində Ərəbistan heç bir nailiyyət əldə etməyib, cəbhədə Yəmən ordusunu və Ənsarullahın xalq komitələrini geri oturda bilməyib.
Ərəbistan və onun regional və transregional müttəfiqləri öz hesablamalarında belə nəticəyə gəliblər ki, Yəmən ordusunun və Ənsarullah qüvvələrinin qələbə və müqavimətinin səbəbi onların xalq dayaqlarına malik olmasıdır.
Yəmən xalqı öz müqavimətinə davam edir
Yəmən müqavimətinin güclü dayağı Yəmən xalqıdır. Ərəbistanın bu ölkəni yerdən, havadan, dənizdən mühasirə etməsinə, qeyri-hərbi məntəqələrə ardıcıl hava hücumu etməsinə, sivil insanları qətlə yetirməsinə baxmayaraq xalq öz müqavimətini davam etdirir.
Ərəbistan məscidləri, bazarları, məişət obyektlərini, əkin sahələrini, xəstəxanaları və məktəbləri bombalamaqla bu möhkəm səddi qırmaq, xalqın birliyində xələl yaratmaq istəyir.
Yəmənin əhali tərkibi, məişət və xidmət imkanları məhdud mərkəzlərlə bitmir; bu ölkənin mədəniyyəti Aşuradan qaynaqlanan bir mədəniyyətdir və əhalinin çoxu kəndlərdə yaşayır.
23 milyon nəfər əhalisi olan Yəmənin 75 milyon ədəd silahı vardır. Bu məsələ ölkənin hərbi qüdrətini və onun yerli hərbi bacarıqlarını göstərir.
Öz məqsədinə çatmaqda nakam qalmaq Ərəbistanı daha da qəzəbləndirib. Xüsusilə də yəmənlilər birbaşa Riyazda Məlik Xalid Hava Limanını raketlə vurmasından sonra Ərəbistan rəsmilərinin qüruruna ləkə gəlib. Yəmənə qarşı bu qədər ölümcül mühasirədən sonra belə, Yəmən ordusu və müqavimət qüvvələri balistik raket istehsalına başlayıb.
Belə nəticə almaq olar ki, Yəmənin sivil əhalisinə və ictimai mərkəzlərə hücum Ərəbistanın məğlubiyyət və qınaq hissi yaşadığı üzündəndir.
Hindistanlı siyasi ekspert yazır ki, Ərəbistan Yəmən müharibəsində məğlub olmuşdur. 2015-ci ildən başlamış bu müharibədə Ərəbistan hər gün üçün 200 milyon dollar xərcləmişdir. Ərəbistanın Yəmən müharibəsində məğlubiyyəti onun koalisiyasında iştirak edən ölkələri utandırır.
BMT-nin Ərəbistandan tərəfdarlıq etməsi
Ərəbistan cinayətlərini şiddətlənmişdir, amma bununla belə BMT Yəmən böhranının həlli istiqamətində əsaslı addım atmamışdır, üstəlik əməli şəkildə Ərəbistandan tərəfdarlıq edərək onun Yəmənə qarşı cinayətlərinə yaşıl işıq yandırmışdır.
Ərəbistanın Yəmənə hücumu 2015-ci ildən başlamışdır. Bu hücumlar istefa vermiş prezident Mənsur Hadini Yəməndə yenidən hakimiyyətə qaytarmaq bəhanəsilə həyata keçirilmişdir, Amerika və İngiltərə də bu hücumlarda Ərəbistana dəstək vermişdir. Nəticədə çoxu qadın və uşaq olmaqla Yəmənin 11 min dinc vətəndaşı həlak olmuş və milyonlarla insan öz yurdlarından köçkün düşmüşdür.
BMT-nin Yəmən qarşısında yeni hərkətlərinin formalaşması
Belə bir şəraitdə BMT-nin Yəmən qarşısında hərəkətlərinin yeni dövrü formalaşmaqdadır.
Yəmənin siyasi qaynaqları bu barədə bildiriblər ki, BMT-nin yeni sülh planında Ənsarullahın Yəmənin gələcək milli vəhdət dövlətində iştirakı və bunun müqabilində özünün balistik raketlərini neytral tərəfə təhvil verməsi yer alır. Halbuki, Ərəbistan və onun müttəfiqləri Səna və Qırmızı dəniz sahilində yerləşən Əl-Hədidə limanına geniş miqyaslı hərbi hücuma hazırlaşır. Sözügedən məsələ belə nəticə çıxarmağa əsas verir ki, BMT Ərəbistanın daha çox hücumlar etməsi və müqavimətin zəifləməsi istiqamətində şərait yaratmağa təlaş edir.
Belə bir vəziyyətdə Yəmənin siyasi dairələri xəbərdarlıq ediblər ki, BMT-nin Yəmən böhranı barədə diplomatik müzakirələrinin yeni dövründə təlaşlar istefa vermiş prezident Mənsur Hadini hakimiyyətə gətirməyə və xalq qüvvələri vasitəsilə təşkil olunmuş qanuni qurumları zəiflətməyə yönəlsə, BMT-nin hərəkətlərinin bu dövrü də Yəmən böhranının həllinə kömək etməyəcək.