Arannews:Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib: Vaşinqton Qüds ilə bağlı təklif olunan qanun layihəsinə veto qoyub.
Heylinin bu açıqlamasından sonra qanun layihəsinin BMT Təhlükəsizlik Şurasından BMT Baş Assambleyasına göndəriləcəyi müəyyən olub.
"Qüdsün statusunu və demoqrafik quruluşunu dəyişdirən hər hansı bir qərar və ya hərəkətin hüquqi gücü yoxdur. Ləğv edilməlidir", - Heyli söyləyib.
Qeyd edək ki, Fələstin rəhbərliyi tərəfindən hazırlanan və Misir tərəfindən BMT TŞ-ya göndərilən qanun layihəsi Qüdsün statusunu özündə əks etdirir.