Dekabrın 20-də Binəqədi rayon məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi keçirilib. Proses heç bir izahat verilmədən qapalı keçirilib və Zeynallının qohumları, ailə üzvləri, o cümlədən xanımı da məhkəmə zalına buraxılmayıb.
Arannews:rakurs-Dekabrın 20-də Binəqədi rayon məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi keçirilib. Proses heç bir izahat verilmədən qapalı keçirilib və Zeynallının qohumları, ailə üzvləri, o cümlədən xanımı da məhkəmə zalına buraxılmayıb. İki saatdan çox davam edən məhkəmə prosesindən sonra qərar oxunan zaman məhkəməyə gələnlər zala buraxılıb, daha sonra Əvəz Zeynallı 200 manat cərimə olunmaqla məhkəmə zalından azad olunub.Qeyd edək ki, dekabrın 19-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı saxlanılaraq Binəqədi rayonu 4-cü polis bölməsinə aparılıb. Jurnalist buna bir neçə müddətdir ki, sosial şəbəkələrdə canlı yayımlar apararaq, Binəqədi rayon polis bölməsi əməkdaşlarının işlərinə göstərdikləri məsuliyyətsizliyi əsas gətirərək,Binəqədi şossesində yolu bağlaması və minlərlə insanın onlarla kilometr yolu evlərinə payi-piyada getməyə məcbur olmasını çəkib paylaşması olduğunu bildirir. Jurnalist bildirib ki, dünən də yolda çəkiliş etməyə cəhd göstərərkən vəzifəsini və kimliyini təqdim etməyən polis əməkdaşı onu təhqir edib. Polis əməkdaşını təhqirə yol verməməyə çağıran, eyni zamanda ona vəzifə səlahiyyətlərini xatırladan Ə. Zeynallı az sonra məcburi qaydada 4-cü polis bölməsinə aparılır və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə inzibati iş qaldırılır.