Cavad Zərif: "Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirək"
Arannews-APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, üçtərəfli format çox vacibdir: "Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".