Fələstinli “inzibati məhbuslar” 2018-ci ildən işğalçı İsrail rejim məhkəmələrinə getməyəcək.
Arannews-Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail həbsxanalarında "inzibati həbs" tətbiqi çərçivəsində olan təxminən 500 fələstinli 2018-ci ildən etibarən işğalçı İsrail rejim məhkəmələrini boykot edəcəklər.
Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Fələstinli Əsirlər Heyətindən verilən yazılı açıqlamada, Fələstinli fraksiyaları razılaşması çərçivəsində işğalçı İsrailin həbsxanalarında inzibati iş alan fələstinlilər 2018-ci ildən etibarən bu rejimin məhkəmələrinə çıxmayacaqlarını bildirilib.
Hazırda işğalçı rejim həbsxanalarında təxminən 500 Fələstinli məhbus var .
Fələstinli məhbusların bu addımı "sanki boyunlarına dayanmış bir qılınc kimi qəddar və qeyri-qanuni həyata qarşı" atdığını və İsrail məhkəmələrinin yalnız formal olduğuna diqqət çəkməkdir.
Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələri "inzibati həbs" adı altında Fələstinliləri 6 aya qədər həbs edirlər.
Məhbusların "İsrailin təhlükəsizliyi üçün təhlükə təşkil etdiyinə" qərar verilməsi halında isə hərbi hakim, cinayət araşdırması aparmadan həbs müddətini 5 ilə qədər uzada bilir.
Xatırladaq ki, İsrail həbsxanalarında təxminən 300 Fələstinli uşaq həbsdədir