Tarix : 2017 Dec 21
Kod 53821

Eldar Mahmudovun 350 manat borcu var - Fotolar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırılıb və müxtəlif epizodlar üzrə dindirilib
Arannews:Rakurs-istinadən xəbər-Hər dəfə idadərən çıxarkən yayılan görüntülərdə diqqət çəkən məqam isə sabir nazirin gəzdiyi "BMW-740” markalı, 90 KU 868 dövlət nömrə nişanlı avtomobildir. 
 Avtosfer.az saytının apardığı araşdırma zamanı məlum olub ki, həmin avtomobil Məlikov Teymur Fərhad oğlunun adınadır. Avtomobil təkcə bu il 7 dəfə sürət həddinin aşılmasına görə radara düşüb. Onlardan 5-i 10 manatlıq, ikisi isə 150 manatl;q– 6 ballıq cərimələrdir. Bundan əlavə, həmin cərimə bildirişlərini sürücüyə çatdırmaq mümkün olmadığı üçün avtomobilin saxlanlması və sənədlərin təqdim edilməsi barədə qərar çıxarılıb.
 
Eyni zamanda, avtomobilin üzərində qeydiyyatla bağlı məhduiyyət var. Belə ki, avtomobil satıla və ya təkrar qeydiyya alına bilməz. Problem Səbail rayon İcra Şöbəsinin qərarı ilə bağlıdır. Hansısa maliyyə probleminə görə avtomobilə məhdudiyyət qoyulub.
1
  • Yazılıb
  • da (də) 2017 Dec 21
  • Göndərən مدير سايت Aran News