Arannews-İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu bəyanatda regionda əməkdaşlıq, quruculuq, sülh və sabitliyin yüksəldilməsi üçün üç ölkənin xalqları arasında həmkarlıq və həmrəyliyin artırılmasına dair öhdəliklərinin davam etdirilməsini istəyiblər.Zərif, Çavuşoğlu və Məmmədyarov həmçinin üç ölkənin bütün münaqişələrin dinc həlli, beynəlxalq sərhədlərə təcavüzün qadağan olunması, ərazi bütövlüyü və ölkələrin istiqlaliyyət haqqına hörmət xüsusiyyət təşkil etməklə dünya qanunu prinsipinə öhdəlik üzrə maraqlarına təkid ediblər.
Qanunsuz mühacirət, subsidiya cərimələri, mədəni və tarixi irslərlə bağlı cərimələr, insan alveri, silah və narkotik maddələr qaçaqmalçılığı, mütəşəkkil transmilli cərimələr, zorakı radikalizm, separatçılıq və terrorizmlə mübarizədə həmkarlığın genişləndirilməsinin önəmi Zərif, Çavuşoğlu və Məmmədyarovun bu bəyanatda vurğuladıqları digər mövzulardan olubdur.
İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin bildiriblər ki, heç bir şəxs və ya qrupa heç bir şəraitdə onların ərazisindən iki digər ölkəni hədələmək üçün istifadə etmək icazəsi verməyəcəklər.
Zərif, Çavuşoğlu və Məmmədyarov nüvə anlaşmasının önəmini vurğulayaraq, bildiriblər ki, bu anlaşmanın uğurlu icrası bütün tərəflərin öz öhdəliklərini tam şəkildə icra etmələrini tələb edir.
İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin dərk və tolerantlığın gücləndirilməsi üçün fəal və təsirli həmkarlığı və İslam dünyasının qarşısında duran problemlərlə mübarizə üçün islami birliyin gücləndirilməsinin önəmini vurğulayıblar.
Zərif, Çavuşoğlu və Məmmədyarov habelə İslam Əməkdaşlığı Təşkilatının dekabrın 13-də İstanbulda keçirilmiş Qüdsi-Şərif barədəki fövqəladə iclasının yekun bəyanatını alqışlayıblar.