Tarix : 2017 Dec 22
Kod 53827

Dindar xanımın ''Bandotdel''də hədələndiyi deyilir

Dindar xanımın ''Bandotdel''də hədələndiyi deyilir
Aran Agentiliyi:  Dekabrın 21-də "Müsəlman Birliyi» Hərəkatının üzvü Elnurə Zeynalova DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Hərəkatdan Azadlıq Radiosuna verilən məlumata görə, dindar xanım saat 11 radələrində idarəyə gedib, üç saata yaxın orada saxlanılıb.
Bildirilir ki, həmin müddətdə ona hədə-qorxu gəlinib, bu yoldan çəkilməzsə, onu da Əhsən Nuruzadənin aqibəti gözlədiyi vurğulanıb:
"Deyiblər ki, Əhsən Nuruzadəyə də əvvəlcə xəbərdarlıq olundu, əhəmiyyət vermədi, axırda uzunmüddətli həbsə göndərildi. "Bandotdel"də verilən suallar, əsasən, Milli Şuranın mitinqlərində iştirakı, Nardaran hadisələrinə görə həbs olunmuş AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmurla münasibətləri, kinodramaturq Eldəniz Quliyevin dindarları niyə müdafiə etməsi və s. haqda olub".
E.Zeynalovanın hansı səbəbdən çağrılıb dindirilməsi haqda idarədən münasibət öyrənmək mümkün olmayıb.
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə və onun bir qrup tərəfdarı həbs edilib. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma da daxil, bir neçə ağır maddədə ittiham olunublar.
"Müsəlman Birliyi" Hərəkatının sədri T.Bağırzadəyə 20 il, onunla birgə ittiham olunanlara 10 ildən 20 ilədək həbs cəzası verilib.
  • Yazılıb
  • da (də) 2017 Dec 22
  • Göndərən مدير سايت Aran News
Açar sözlər