Tarix : 2017 Dec 22
Kod 53828

Təbrizin İmamcüməsi Çillə gecəsi münasibəti ilə Azərbaycan Respublikası xalqını təbrik edib

Təbrizin İmamcüməsi Çillə gecəsi münasibəti ilə Azərbaycan Respublikası xalqını təbrik edib
Aran Agentiliyi:  Vəliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi ,Təbrizin imamcüməsi Təbriz Radiosuna müsahibədə çillə gecəsi münasibəti ilə Azərbaycan Respublikası xalqını təbrik edib
Höccətül-İslam vəlmüslimin doktor Seyyid Məhəmməd Əli Ali-Haşim bu müsahibədə Azərbaycan  Respublikası xalqına uğurlar arzulayaraq onları bu gecəyə aid mərasimlərdə ilahi məhəbbət və xoş davranişa tövsiyə edərək çillə gecəsində inciklikləri ortadan qaldırmaq və küsulülərin barışmasına çağrış etdi.
Vəliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi ,Təbrizin imamcüməsinin həmin müsahibəsi 21 dekabrda Təbriz Radiosunun çillə gəcəsinə aid xüsusi verilişində səsləndirildi.
Çillə gecəsi ilin ən uzun gecəsi olaraq bu gecənin mərasimi İranın əski adət-ənənələrindən olub,İrandan əlavə Türkiyə,Qavqaz və mərkəzi Asiya və digər bölgə ölkələrində əzizlənilir.
  • Yazılıb
  • da (də) 2017 Dec 22
  • Göndərən مدير سايت Aran News
Açar sözlər