Müqavimətin (Dəməşq-Tehran-Hizbullah) Suriyada döyüş meydanında qələbələri Suriyada daxili müharibənin Bəşər Əsəd dövlətinin xeyrinə tamamlanması ehtimalını artırır.
Arannews-2011-ci ildə Suriyada silsilə qarışıqlıqlar yarandı və bu getdikcə hərbi qiyama çevrilərək, ölkədə daxili müharibəyə yol açdı. Sionist rejim yaranmış bu vəziyyəti öz hədəflərinə uyğun görürdü. Başqa sözlə, sinost rejim çoxdan idi ki, müqavimət milinin birləşməsinə bir növ maneçilik törətməyə, imkan həddində onu parçalamağa cəhd edirdi.
Demək olar ki, Suriyadakı gərginlik və daxili müharibənin başlanması İsrail üçün qızıl fürsət yaratdı. Elə bu səbəbədən də sionist rejim təkfirçi-terrorçu qruplara iki növ: logistik və tibbi dəstək verirdi. Onları dərmanla təmin edir, yaralıları müalicə edirdi. Hətta İsrailin xarici işlər naziri Binyamin Netanyahunun müalicə olunan terrorçulara baş çəkdiyinin şahidi olduq.
Bu məsələyə işarə etməliyik ki, Suyiyadakı böhranlı vəziyyətin davam etməsi İran, Suriya və Hizbullahdan ibarət müqavimət qüvvələrinin ağır itkilərə səbəb olacaq bir müharibəyə girməsinə səbəb oldu. Bu da sionist rejimin təhlükəsizlik məqsədlərinin xeyrinə idi.
Hizbullahın Livanın cənubunda sionist rejimlə sərhədlərində təchizatını və qüvvələrini gücləndirmək əvəzinə öz qüvvə və imkanlarının bir hissəsini təkfiriçi-terrorçularla mübarizəyə sərf etməsi sinostləri çox sevindirirdi və bu onlar üçün ən böyük imtiyaz hesab edilirdi.
Vəziyyətin və qüdrət balansının dəyişməsi israilliləri indi çox narahat edir. Bu narahatlıq iki baxışdan araşdırılmalıdır:
Bir tərəfdən Suriyada döyüşlərin səngiməsi Hizbullaha imkan verir ki, öz qüvvələrinin böyük hissəsini Suriyadan çıxartsın və onları yenidən Livanda yerləşdirsin.
Digər tərəfdən də İranın Suriyada iştirakı, Tehran-Dəməşq əlaqələrinin möhkəmlənməsi sionist rejimin hal-hazırkı əsas narahatlıqlarıdır.
Sionist rejim strateqləri bu məsələyə İsrail əleyhinə təhdidlərin artması kimi baxırlar. Bir tərəfdən də sionist rejim iddia edir ki, İran Hizbullah qüvvələri ilə birlikdə Suriyanın İsraillə sərhəd bölgələri olan Qolan ərazilərində bazalar, səngərlər və sığınacaqlar təsis etməkdədir. Sionist rejiminin fikrincə, bu təsisatlardan raket saxlamaq üçün anbar kimi istifadə olunacaq.
Beləliklə, Hizbullah Livanın cənubundan əlavə, Qolan yüksəkliklərindən də sionist rejimini təhdid edəcək və güc balansını bərk müqavimət qüvvələrinin xeyrinə dəyişəcək.
Regional təhlükəsizlik və müdafiə məsələləri üzrə ekspert doktor Seyid Rza Mirtahir