Tarix : 2017 Dec 23
Kod 53842

Azərbaycan 26 məhbusu İrana verdi

Azərbaycanda cəza çəkən 26 iranlı məhbus öz ölkəsinə verilib.
Arannews-IRNA-ya istinadən verilən məlumata görə, bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali deyib.
Onun sözlərinə görə, məhbusların təhvil verilməsi prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub.
Baş konsul qeyd edib ki, 1999-cu ildə iki ölkə arasında məhkumların ekstradisiya haqqında sazişin imzalanmasından etibarən Azərbaycandan İrana 24 dəfə ekstradisiya həyata keçirilib, ümumilikdə isə 500 iranlı məhbus vətənlərinə təhvil verilib. Onların əksəriyyəti narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib.

  • Yazılıb
  • da (də) 2017 Dec 23
  • Göndərən مدير سايت Aran News