Myanma dövləti BMT-nin insan haqları üzrə xüsusi ombudsmanı Yanghe Lee ilə əməkdaşlıq etməyib və bildirib ki, bu dövlət hakimiyyətdə olduğu müddətdə onunla əməkdalıq olunmayacaq və onun Myanmaya girişinə icazə verilməyəcək.
Arannews-Myanma dövləti BMT-nin insan haqları üzrə xüsusi ombudsmanı Yanghe Lee ilə əməkdaşlıq etməyib və bildirib ki, bu dövlət hakimiyyətdə olduğu müddətdə onunla əməkdalıq olunmayacaq və onun Myanmaya girişinə icazə verilməyəcək.
Yanghe Lee yanvar ayında Myanmada insan haqlarını, xüsusilə də Rohinca müsəlmanlarının haqlarını araşdırmaq və dəyərləndirmək üçün Myanmaya səfər etməli idi. Lakin Myanma dövləti onun bu ölkəyə girişinə icazə verməyib. Y. Lee bu haqda deyib: “Myanma dövlətinin bu məsələdə əməkdaşlıq etməməsi Rohinca müsəlmanlarına qarşı pis hadisələrin baş verdiyini deməyə əsas verir. Myanma dövləti və ordusu Rohinca müsəlmanlarının yaşayış şəraitlərinin BMT insan haqları təşkilatı və jurnalistlər tərəfindən işıqlandırılmasına imkan vermirlər. Çünki Raxin əyalətində onların evləri yandırılıb, dağıdılıb. Halbuki, Banqladeş köçkün düşərgələri və Myanma sərhədindəki köçkünlər barədə nəşr edilən reportajlar Rohinca müsəlmanlarına qarşı cinayət və zorakılığın dərinliyini göstərir. Myanma dövləti və ordusu bu cinayətlərə heç cür bəraət qazandıra bilməzlər”.