Tarix : 2017 Dec 24
Kod 53847

Yəmən müharibəsi Ərəbistanın mərkəzinə çəkilib

Almaniyada çapdan çıxan həftəlik “Spiegel” qəzeti Yəmənin Riyada raket hücumunu Ərəbistanın Yəmən siyasətində bacarıqsızlığı və Ali-Səud rejiminin ayıbı kimi dəyərləndirib.
Arannews-Yəmən ordusunun Riyadda kral sarayına raket zərbəsindən sonra Almaniyada çapdan çıxan “Spiegel” qəzeti bu məsələni təhlil edərək yazıb ki, Yəmən müharibəsi Ərəbistanın mərkəzinə çəkilib.
Təhlildə deyilir: “Ərəbistanın Yəmən müharibəsinə daxil olmasından çox müddət ötür. Hal-hazırda Riyada hərbi hücum bu ölkənin husilərə qarşı müharibədə məğlub olduğunu və bunun kral ailəsi üçün bir növ ayıb olduğunu göstərir.”
Kral sarayına atılan raket məsələsini analiz edən qəzet daha sonra yazır: “Yəmənlilər inanır ki, Riyada raket hücumu müharibənin yeni fəslinin başlanmasıdır. Bu hərəkəti sabiq prezident Əli Abdullah Salehin ölümündən sonra Yəmən müharibəsinin böhranlı vəziyyətə düşməsinin ilk nümunəsi kimi də bilmək olar. Hazırda yəmənlilər müharibəni Ərəbistan torpaqlarının daxilinə çəkiblər. BMT-nin statistikasına görə iki həftə müddətində Ərəbistanın və müttəfiqlərinin hava hücumları nəticəsində Yəməndə 136 nəfər həlak olub”.
“Spiegel” əlavə edir ki, Yəmənin Ərəbistana raket hücumları göstərir ki, müharibənin başlanmasından iki il yarım ötməsinə baxmayaraq, Yəmənin hərbi gücü zəifləməyib. Bu vəziyyət Ərəbistan kralı üçün bir növ utanc və başıaşağılıq gətirir. O, 2015-ci ildə xalq söz verdi ki, çox sürətlə Yəmənlə müharibədə qələbə çalacaq. Amma indi yaranmış vəziyyətə görə xalqına deməlidir ki, ölkəsinin paytaxtı günün gunorta çağı Yəmən ordusunun raket hücumuna məruz qalır. Beləliklə, bu xəbərin illər boyu xarici hücum təhdidlərindən uzaq yaşamış xalq üçün hansı təsir qoyacağı məlum deyil.


  • Yazılıb
  • da (də) 2017 Dec 24
  • Göndərən مدير سايت Aran News