Tarix : 2017 Dec 24
Kod 53848

Lapşin: “Özümü asmamışam, maskalı adamlar məni kamerada boğub”

Dağlıq Qarabağa səyahət etdiyinə görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunan və bundan sonra Belarusda saxlanaraq Azərbaycana ekstradisiya edilən bloqçu Aleksandr Lapşin bu hadisələr barədə BBC Azərbaycanca ilə danışıb.
Arannews:Rakurs.tv-istinadən xəbər-Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqçu prezident İlham Əliyev tərəfindən əfvi barədə də danışıb.
Cənab Lapşin yalnız Belarusda bir dəfə İsrail diplomatlarının tövsiyəsilə İlham Əliyeva ünvanladığı məktubda bloqunda yazdığı təhqiramiz sözlərinə görə üzr istədiyini deyib. O, Azərbaycan hökumətinin bildirdiyi kimi, buraxılması üçün əfv məktubu yazmadığını iddia edir.
Bloqer həmçinin özünü asması barədə xəbərləri rədd edərək, kamerasında “maskalı adamlar” tərəfindən boğulduğunu iddia edir.
  • Yazılıb
  • da (də) 2017 Dec 24
  • Göndərən مدير سايت Aran News