Ötən gecə "Nizami" Kino Mərkəzinə bir qədər fərqli auditoriya yığışmışdı. Yeni filmin təqdimatına dəqiqlər qalmış kinoteatrın dəhlizində yüksək əhval-ruhiyyə vardı.
Arannews;Faktxeber-istinadən xəbər-Kinosevərlər Azərbaycan istehsalı olan qısametrahlı bədii-dini filmin ilk izləyicələri olacaqlarından bir ayrı qürur və həyəcan hissi keçirirdilər. Saatlar 19:00 göstərdikdə izləyicilər filmin nümayiş olunacağı zala daxil olmağa başladılar. Qısa yubanmadan sonra səhnəyə çıxan aparıcı qonaqları salamlayıb, sözü filmin prodüseri Samir Mirməhəmmədoğluna verdi. Prodüser kinoteatırların afişalarında daha çox komediya janrında olan filimlərin olduğunu vurğulayaraq bu faktı izləyicələrin bayağı mövzulara meyilləməsi kimi qiymətləndirmədiyini, məsuliyyətin böyük hissəsini təqdim edilən film sahiblərinin daşıdığını bildirdi. Prodüser qeyd etdi ki, tamaşaçıya seçim hüququ verilməlidir və onların ərsəyə gətirdiyi “Onun ünvanı” filmi bir seans nəzərdə tutulsa da, tamaşaçı marağının çox olması səbəbindən 2 seansa qaldırılıb.

Samir bəy filmin məqsədi haqda da qısa məlumat verdi. Film elm arxasınca düşən şəxsin həqiqi elmin mahiyyətini anlamasıdan bəhs edir. İdeya müəllifliyinin Dilman Şahmərdanlıya aid olduğunu bildirən prodüser, filmdə xəstəliyi ucbatından passiv fiziki həyat yaşamasına baxmayaraq, hər hansı fiziki qüsuru olmayan, tənbəllikdən, yaxud başqa ciddi səbəb olmadan ruhdan düşən şəxslərə nümünə göstərildiyini bildirdi.
Daha sonra səbirsizliklə gözlənilən filmin təqdimatı başlandı.
Filmin mövzusu haqda onu deyə bilərəm ki, “Onun Ünvanı” qısametrajlı bədii filmi 8-ci əsrdə yaşamış Ünvan Bəsri adlı şəxsin həyatı ilə bağlıdır. Ömrünü elm öyrənməyə sərf edən Ünvan Bəsri 94 yaşında olmasına baxmayaraq, Mədinə şəhərinə gələrək zəmanəsini ən böyük alimi Malik ibn Ənəsdən dərs almağı nəzərdə tutur. Lakin Malik ibn Ənəsin dərslərində iştirak edən Ünvan eşitdiklərindən qane olmur. Mədinə bazarında alış-veriş edərkən iki nəfər şəxsin söhbətinə qulaq verərək eşidir ki, Həzrəti Məhəmmədin (s) nəvəsi, öz dövrünün ən qüdrətli elm sahibi İmam Cəfər Sadiq (ə) Mədinə şəhərinə gəlib. Dərhal sevincli halda İmamın görüşünə tələsir. İmam, Ünvan Bəsrini qəbul edərək təqib olunduğunu, bu səbəbdən ona elm öyrədə bilməyəcəyini bildirir və elmlə bağlı yaranacaq suallarını Malik ibn Ənəsdən öyrənməyi məsləhət görür. Aldığı cavabdan narahat olan Ünvan evinə qayıdaraq keçən hər gün Allaha dua edir, İmamın növbəti dəfə onu qəbul etməsini istəyir. Nəhayət, bir gün yuxuda gördüyü balaca uşaq onu İmamla görüşə çağırır. Yuxudan ayılan Ünvan Bəsri İmam Cəfər Sadiqin (ə) görüşünə tələsir. Bu dəfə İmam onu qəbul edərək 9 nəsihətdən ibarət hədisi buyurur. Beləliklə, 94 yaşlı qoca həqiqi elmi tapır.

Filmin sonunda Ünvan Bəsri İmamın 9 nəsihətindən ibarət hədisləri balaca uşaqlara bölüşərək, bu hədisləri gələcək nəsillərə öyrətmələrini istəyir.
Film bitəndən sonra tanınmış aktyorlar, mədəniyyət işçiləri, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanda çəkilən ilk bədii-dini film haqqında təəsüratlarını bölüşdülər. Təbriklər, təkliflər, tənqidlər dilə gətirildi.

Şəhriyar Səmədov