Şah Əbdüləzim kimi tanıdığımız imamzadə həzrət Əbüdüləzim Həsəninin mübarək mövludu münasibətilə minlərlə Əhli-Beyt (ə) sevdalısı əllərində güllərlə həzrətin Tehrandakı müqəddəs ziyarətgahına axışıblar.
Arannews-Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, müqəddəs ziyarətgahın xuddamları hərəmə mövlud münasibətilə yaşıl bayraq gətiriblər və xüsusi dua mərasimindən sonra bayraq hərəmin qızılı günbəzində yerləşdirilib. Hərəmin həyətlərində rəngli işıqlar yerləşdirilib. Əhli-Beyt (ə) sevdalıları belə bir gündə əllərində güllərlə hərəmə axışırlar. Deyerler.org
