Tarix : 2008 Jun 21
Kod 5386

TEHRANIN CÜMƏ NAMAZI XİTABƏÇİSİNDƏN SİONİSTLƏRƏ XƏBƏRDARLIQ

Bizim quruluşumuz əvvəldən bu sahədə müzakirənin tərəfdarı olmuşdur ancaq məntiqsiz hərəkətlərə səbəb olan müzakirələrin deyil problemin həllinə yardım edəcək müzakirələrin tərəfdarıdır
Iran Servisi/Aran Agentliyi
İslam-Azeri-nin İrib-ə istinadlı xəbərinə görə:

Tehranın bu həftəki cümə namazının xitabətçisi İran xalqının məntiqə məntiq ilə cavab verməsinə işarə edərək deyib: "Düşmənlər xüsusi ilə də sionistlər və onların Amerikadakı tərəfdarları İranla bağlı güc və zor mövqeyindən çıxış etsələr onda sərt bir cavab görəcəklər".

Ayətullah Seyyid Əhməd Xatəmi iyunun 20-də Avropa Birliyinn xarici siyasət idarəsinin koordinatoru Xavyer Solananın Tehrana olan səfərinə və 6-lar Qrupunun təkliflər paketinə də işarə edib:" Bizim quruluşumuz əvvəldən bu sahədə müzakirənin tərəfdarı olmuşdur ancaq məntiqsiz hərəkətlərə səbəb olan müzakirələrin deyil problemin həllinə yardım edəcək müzakirələrin tərəfdarıdır".

Tehranın bu həftəki cümə namazının xitabətçisi təhlükəsizlik sahəsində ABŞ-ın İraqla razılaşma sənədinin imzalanması barədəki təhlükə haqda xəbərdarlıq edərək qeyrətli İraq xalqının bu razılaşmaya tabe olamayacağına əmin olduğunu bildirib.

Tehranın bu həftəki cümə namazının xitabətçisi terrorçu Münafiqlər Qruplaşmasının İran və İraqda, o cümlədən yüzlərlə qadın və uşağı qətliam etməkdə həyata keçirdiyi əməliyyatlara işarə edərək özlərini demokratiyanın tərəfdarı adlandıran Qərb dövlətlərinin bu terrorçu qurplaşmasının adını terrorçu siyahısından çıxarmalarını pisləyib: "Onlar terrorpərvərdirlər və terrorçuları himayə etməkdə müqəddəs sözlərdən sui-istifadə edirlər"-deyib.
  • Yazılıb
  • da (də) 2008 Jun 21