Tarix : 2017 Dec 25
Kod 53860

“Təbriz 2018” turizm saytının açılışı oldu

Prezidentin müavini və Mədəni İrsi, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Munisanın iştirakı ilə Təbrizdə “Təbriz 2018” turizm saytının açılışı olmudşur.
AranNews - “Təbriz 2018” saytı Təbriz əyalətinin bütün turizm və tarixi məkanlarını, əl sənayesi işlərini, mədəniyyətini, investisiya qoyuluşu potensiallarını ətraflı şəkildə tanıdan məlumat bazasıdır. Sayt turizm cəlb etməkdə və tiristlərə bələdçilik etməkdə əvəzsiz rol ifa edə bilər.
“Təbriz 2018” saytının dünən prezidentin müavini və Mədəni İrsi, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Munisan, Şərqi Azərbaycan valisi, “Təbriz 2018” mərkəzinin əyalət və milli üzvlərinin iştirakı ilə Şərqi Azərbaycan əyalətinin toplantı salonunda açılışı oldu. 
Saytın işə salınması üçün müqəddimə işləri cari ilin yayından başlamışdır və üç ay müddətində tamamlanaraq fars, ingilis, ərəb, türk və azəri dillərində fəaliyyətə başlamışdır.
Sayt Rizkaran şirkəti tərəfindən hazırlanmışdır və “oic-tabriz2018.ir” adı ilə fəaliyyət göstərir.


  • Yazılıb
  • da (də) 2017 Dec 25
  • Göndərən مدير سايت Aran News