Tarix : 2017 Dec 25
Kod 53866

Bu gün İsa Məsihin (ə) mövlud kimi qeyd olunur

Dünyada istifadə olunan miladi təqvimin Hz. İsanın mövludu ilə başladığı söylənilir.
.

Arannews-İslaminSesi.info- Baxmayaraq tarixi mənbələrdə dəqiq məlumat yoxdur dekabrın 25-i İsa (ə) peyğəmbərin doğum günü kimi qeyd olunur. O Həzrətin doğumu miladdan 5-6 il əvvələ təsadüf edir, doğulduğu məkan isə hazırda Fələstində yerləşən “Beytu-Ləhm” (Vifleym) şəhəridir. Bu məkan 2 minillikdir ki, dünya xristianlarının müqəddəs məkanıdır və hər il burada İsa Peyğəmbərin (ə) doğum günü qeyd edilir.
 Hz. İsa (ə) peyğəmbər Allahın ulul-əzm peyğəmbərlərindəndir. Ulul-əzm şəriət sahibi olan peyğəmbərlərə deyilir. Bütün peyğəmbərlər tohidi, təkallahlılığı təbliğ etmişlər. Allah Təala Quranda bütün peyğəmbərləri bir tutmağı, onların hamısını qəbul edib, ehtiram etməyi vacib bilmişdir:
“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: 'Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq! (Bəqər-285)
Məsih xilaskar deməkdir. Həm müsəlmanların, həm də xristianların İsa (ə) peyğəmbər barəsində inancı budur ki, o Həzrət qiyamətdən qabaq zühur edəcək.
Qurani Kərim İsanı (ə) Məryəm oğlu adlandırır və atasız, yalnız Allahın ol deməsi ilə dünyaya gəldiyini, Allahın kəlməsi ilə vücuda gəldiyini söyləyir. Allahın iradəsi ilə İsa (ə) bakirə Məryəmdən (ə) dünyaya gəlmişdir:
(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi. (Məryəm-22)
Hz. İsa (ə) Quranda adı çəkilən 25 peyğəmbərdən biridir. Qurani Kərim onu (ə) insan, peyğəmbər kimi tanıtmış, o Həzrəti ilahiləşdirənləri qınamışdır. Necəki Mədinədə bir dəstə məsihi rahibi Peyğəmbərin (s) yanına gəlir və İsa peyğəmbəri atasız dünyaya gəlişi ilə əlaqədar ilahiləşdirməyə çalışırlar. Bu zaman ayə nazil olur və Quran onun (ə) yaradılışını Adəmin (ə) yaradılışaına bənzədir:
“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: '(Bəşər) ol!' – dedi, o da oldu. (Ali-İmran-59).
Həm Qurani Kərimdə,  həm də “Barnaba” incilində İsa peyğəmbərin dilindən Rəsuləllahın (s) gəlişi müjdəsi verilir:
“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: 'Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!' Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: 'Bu, açıq-aydın sehrdir!' – dedilər.” (Saff-6)
İsa (ə)ın öldürülməsinə və çarmıxa çəkilməsinə gəlincə Qurani Kərim bunun doğru olmadığı söyləyir:
“(Onların lənətə düçar olmalarının bir səbəbi də: ) 'Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük', - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı (onlara bənzəri göstərildi)
  • Yazılıb
  • da (də) 2017 Dec 25
  • Göndərən مدير سايت Aran News