Tarix : 2017 Dec 25
Kod 53867

Ərdoğanın bu işarəsi Səudiyyə və komandasını hiddətləndirdi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Sudana səfəri çərçivəsində iki ölkə arasında bir sıra iqtisadi, mədəni və hərbi əməkdaşlıq zəminində müqavilə və memorandumlar imzalanıb.
İslaminSesi.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Sudana səfəri çərçivəsində iki ölkə arasında mühüm anlaşmalar əldə edilib.
Türkiyə prezidenti Sudan parlamentində gözlənildiyindən də isti qarşılanıb.
Türkiyə prezidentinin bu səfəri Qətərə səfərdən sonra ərəb ölkələrinə etdiyi ikinci səfərdir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Misirin Rəcəb Təyyib Ərdoğandan nisbətən uzaqlaşma addımları da bu fonda baş verir. Hazırda Rəcəb Təyyib Ərdoğan ərəb ölkələrində siyasi islam bayraqdarı olan “İxvanul-Muslimin” düşüncəsinə və faliyyətinə dəstək verən əsas liderdir. Məhəmməd Mursinin Misirdə devrilməsindən (avqust-2013) sonra Ərdoğanın Əbdül-Fəttah Sisi hakimiyyətinə və BƏƏ və Səudiyyəyə tənqidləri kəskin artı.
Sudan səfərində Ərdoğanın yenidən “Rabiətul-Ədəviyyə” (Rabiətul-Ədəviyyə  hadisəsi 2013-cü ilin avqust ayında ixvançı Mursini devirən Əbdül-Fəttah Sisi hərbi hakimiyyətinə qarşı islamçıların etiraz aksiyasına deyilirdi.) işarəsini göstərməsi Misir, Səudiyyə və BƏƏ-də qısqanclıqla qarşılanıb. Bundan əlavə Ərdoğanın "Rabiətul-ədəviyyə" işarəsinə Sudan prezidenti Ömər əl-Bəşirin "like" qoyması  qısqanclığı daha da artırıb.
Müşahidələr göstərir ki Səudiyyə və komandası ərəb dünyasında xüsusilə də öz ölkələri daxilində siyasi islam şüarları ilə faliyyət göstərən ixvançıları sıxsalar da İran faktoru və şiə məzhəbinin olduğu bölgələrdə ixvançıları dəstəkləyir və onları radikal vəhhabi düşüncələrilə qidalandırırlar.

  • Yazılıb
  • da (də) 2017 Dec 25
  • Göndərən مدير سايت Aran News