"İslam" jurnalının baş redaktoru və Dağıstan müftisinin xanımı Ayna Həmzətovа 2018-ci ildə Rusiya prezident seçkilərində öz namizədliyini irəli sürməyi planlaşdırır.
Arannews-FaktXəbər-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, onun namizəd kimi qeydiyyata düşməsi üçün zəruri olan sənədlər MSK-ya yanvarın 5-dək təqdim olunacaq.46 yaşlı Həmzətova Rusiyada ən nəhəng müsəlman informasiya holdinqinə rəhbərlik edir və Dağıstan müftisi Əhməd Abdullayevin hakimiyyət orqanları ilə əlaqələr üzrə müşaviridir.
Həmzətova filologiya və hüquq üzrə təhsil alıb, Rusiya Jurnalistlər Birliyinin üzvü, "Yol" xeyriyyə fondunun həmtəsisçisi və yazıçıdır.
Qeyd edək ki, o, 1998-ci ildə birinci yoldaşı, Dağıstan müftisi Səid-Məhəmməd Əbubakarovu qətlə yetirən vəhabilərə qarşı sərt və barışmaz mövqeyi ilə tanınır.