Müqabil tərəfin cavabını gözləyirik ki, baxışların birləşdirilməsi ilə müzakirələri davam etdirək.
Iran Servisi/Aran Agentliyi
İran dövlətinin sözçüsü deyib: İİR -nın altıların təklif paketinə cavabı müzakirələrin davamı zənginləşdirmənin dayandırılması əsasında olmayacaq.
Qolamhüseyn İlham bu gün Tehranda öz həftəlik brifinqində artırıb: Uran zənginləşdirməsinin dayandırılması İİR -nın iş gündəmində durmur. Qərbin təklif paketinin alınıb-araşdırılması da bu münasibəti ilə həyata keçirilibdir.
İlham bildirib ki, İİR -nın təklif paketi beynəlxalq problemlər və iki tərəfi maraqlandıran sahələrdə İranın dünya məsələlərinə münasibətini əhatə edir. O artırıb: Müqabil tərəfin cavabını gözləyirik ki, baxışların birləşdirilməsi ilə müzakirələri davam etdirək.
İlham əlavə edib: İİR -nın Maqate ilə həmkarlığı təbii şəkildə davam edir. Eyni zamanda Tehranın nüvə fəaliyyətləri aşkar və aydındır və İran eyni vaxtda ölkələrlə dünyanın mühüm məsələləri və tərəfləri maraqlandıran mövzular haqdakı müzakirələrini davam etdirir.
İran dövlətinin sözçüsü terror ç ə şər qruplar qarşısında ölkəmizin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının tədbirləri barəsində deyib: İranın təhlükəsizlik və kəşfiyyat orqanları Amerika tərəfindən dəstəklənən terror və şər qruplarla qətiyyətli rəftar ediblər.