Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Bəhreyn hərbi tribunalı bir hökmdə bu ölkənin daha altı vətəndaşını Bəhreyn ordusu komandanını terror etməyi planlaşdırmaq kimi yalan ittihamla ölümə məhkum edib.
Ordu zabiti Adil Mübarək, şiə hüquq fəalı Muhəmməd Əlmətqəvi, şiə Fazil Seyid Abbas, Şeyx İsa Qasimin daimi müşayiətçisi Ələvi Əlmusəvi, Vəfa hərəkatının liderlərindən Murtəza Əlsənədi və Həbib Əlcəmri Bəhreyn hərbi tribunalının iclasında bu ölkə ordusunun komandanı Xəlifə bin Əhməd Ali-Xəlifəni terror etməyi planlaşdırmaq ittihamı ilə ölümə məhkum olunublar.
Bəhreyn kralı Şeyx Həməd bin İsa Ali-Xəlifənin mülkilərin hərbi tribunalda mühakimə olunmaları ilə razılaşmasından sonra bu rejimin başçıları mülki və siyasi müttəhimləri mühakimə olunmaq üçün hərbi tribunala göndərirlər.
Qeyd edək ki, bu qərara etiraz olaraq Bəhreyndə yürüşlərə və etiraz aksiyalarına start verilib