Tarix : 2017 Dec 26
Kod 53872

Yəmənin paytaxtı bombardman edildi: azı 4 ölü

Bu gün səhər saatlarında Yəmənin paytaxtı Səna şəhəri Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən növbəti dəfə bombardman edilib
Arannews-Bombardman nəticəsində bir az yaşlı qız uşağı daxil olmaqla, 9 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.   Səhər saatlarından etibarən Səna şəhərinin 3 dəfə Səudiyyə qüvvələri tərəfindən bombardman edildiyi bildirlir.  
Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. 2 milyondan artıq yəmənli məcburi köçkün vəziyyətindədir.
Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.     


  • Yazılıb
  • da (də) 2017 Dec 26
  • Göndərən مدير سايت Aran News