Suriya muxalifətinin 40-a yaxın qrupu bəyanat yayaraq, münaqişənin həlli ilə bağlı rəsmi Moskvanın Soçidə təşkil etdiyi milli dialoq toplantısını baykot edəcəklərini deyiblər.
Arannews-İslaminSesi.info bu barədə Reuters-ə istinadla xəbər verir.Mənbə bildirib ki, Suriya muxalifətinin 40-a yaxın qrupu bəyanat yayaraq, Rusiyanı Suriyada cinayətlər törətməkdə və münaqişənin həlli ilə bağlı beynəlxalq ictimiayyətin qəbul etdiyi Cenevrə danışıqları xəttindən uzaqlaşmaqda ittiham ediblər.
Suriya muxalifətinin 40-a yaxın qrupu bəyanat yayaraq iddia edib ki, rəsmi Moskva lazımi şəkildə Suriya hakimiyyətinə təsir və təzyiq göstərmir.
Xatırladaq ki cari ayda münaqişə ilə bağlı Cenevrə danışıqları istənilən şəkildə baş tutmamış və nəticə verməmişdi. Lakin ötən həftə “Astana-8” danışıqları zamanı Suriya münaqişəsinin həlli istiqamətində danışıqların Soçidə keçirilməsi təklif və qəbul edilmişdi. Suriya muxalifəti və hakimiyyət nümayəndə heyətini üzbəüz bir araya gətirəcək Soçi toplantısı yanvarın 29-30 da keçiriləcək.
ShareFacebookTwitterGoogle+LinkedInTumblr