Tarix : 2017 Dec 26
Kod 53881

Gürcüstanın Pankisi dərəsində xüsusi əməliyyat keçirilib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Pankisi dərəsində yerləşən Omalo və Duisi kəndlərində xüsusi əməliyyat keçirib.
Arannews-APA-nın Gürcüstan bürosunun məlumatına görə, əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Onların evlərində axtarış zamanı külli miqdarda silah-sursat aşkarlanaraq müsadirə olunub.
Saxlanılan şəxslərin noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Əhməd Çatayevlə əlaqəli olduğu bildirilir.


  • Yazılıb
  • da (də) 2017 Dec 26
  • Göndərən مدير سايت Aran News