Tarix : 2017 Dec 26
Kod 53882

Abgül Süleymanov zindandan məktub göndərdi

Abgül Süleymanov həbsxanadan qısa mesaj göndərib, abgulsuleymanov.com saytına göndərilən mesajı təqdim edirik:
Arannews:nur-az.com-Abgül Süleymanov həbsxanadan qısa mesaj göndərib, abgulsuleymanov.com saytına göndərilən mesajı təqdim edirik: 
"Bu gün ölkədə minlərlə şiə dəvətçisindən meydanda yalnız bir neçə nəfər qalıb. Həmin bir neçə nəfəri də iqtidar, terror və hakim quruluşun zülmü qorxutmadı, azadlıq və əmin-amanlıq tələblərini susdura bilmədi və bilməyəcək, Allahın izni ilə. Əksinə onlar haqqa dəvət edərək, müqavimət göstərib, əzm və səbatla öz yollarına dəvam etdilər. Onlar, zalım hakimiyyətin iradəsi altında inildəyən cəmiyyətlə bərabər hərəkət etməkdən yoruldular və xalqı gözləməyib, öz bezarlıqlarını sözləri və əməlləri ilə bildirirlər.
Salam olsun haqq yolu tutub, gedən Mövsümlərə, Talelərə, Zülfüqarlara.


  • Yazılıb
  • da (də) 2017 Dec 26
  • Göndərən مدير سايت Aran News