Tarix : 2017 Dec 27
Kod 53885

Ölkənin elmi və mədəni şəxsiyyətlərinin qorunması məqsədilə Nizami Gəncəvi beynəlxalq konfransı keçirilir

Ölkənin elmi və mədəni şəxsiyyətlərinin qorunması məqsədilə Nizami Gəncəvi beynəlxalq konfransı keçirilir və Həkim Nizami Gəncəvi bu şəxsiyyətlərdən biridir.
AranNews – Şərqi Azərbaycan Mədəniyyət Əməkdaşları Bəsic Təşkilatının sədri Müslim Urəngi “İSNA”-ya açıqlamasında deyib: “Nizami Gəncəvi konfransı ölkənin elmi və mədəni şəxsiyyətlərinin qorunması məqsədilə keçirilir və Həkim Nizami Gəncəvi o şəxsiyyətlərdən biri sayılır. Nizami azəri dilli bir şair olmuşdur və bütün şerlərini farsca yazıb-yaratmışdır. Bu məsələ onun fars dilinə və İrana sevgisini göstərir”.
M. Urənci konfransın mövzuları barədə də açıqlama verərək deyib: “Nizaminin ədəbi və fikri əsərlərində fars dilinin rolu; Nizaminin şerlərində mədəniyyətşünaslıq; Nizaminin həyatına və nəzərlərinə baxış; Nizaminin dünya ədəbiyyatında rolu; Nizaminin irfani, fəlsəfi və ictimai baxışları konfransın mövzuları kimi təqdim edilmişdir.”
Mədəniyyət Əməkdaşları Bəsic Təşkilatının sədri konfransa onlayn şəkildə məqalə göndərilişinə də işarə edərək deyib: “Sayt vasitəsilə onlayn şəkildə konfransa məqalə göndərmək mümkündür. Məqalələr alındıqdan sonra münsiflər heyətinə göndəriləcək. 
Ədəbi qurumlar və ölkənin müxtəlif universitetləri də bu konfransı yaxşı qarşıladılar, göndərilən məqalələrin sayı hər gün artmaqdadır. Məqalələrin müəllifləri öz əsərlərini yanvarın 30-na kimi bu ünvana göndərə bilərlər: www.nezamiganjavi.com”.
Qeyd edək ki, Nizami Gəncəvi konfransı İran, Azərbaycan, Türkiyə, Türkiyə, Tacikistan, İraq, Suriya, Misir və s. ölkələrin ədib və mütəfəkkirlərinin iştirakı ilə 26 fevralda Təbrizdin Müəllim Tərbiyəsi salonunda keçiriləcək.






  • Yazılıb
  • da (də) 2017 Dec 27
  • Göndərən مدير سايت Aran News