Tarix : 2017 Dec 27
Kod 53886

Nizami Gəncəvi Beynəlxalq Konfransı öncəsi ilk iclas keçirilib

Nizami Gəncəvi Beynəlxalq Konfransı öncəsi ilk iclas Şərqi Azərbaycan əyalətinin fars dili və ədəbiyyatı müəllimlərinin toplantısı ilə keçirilib. Təbrizin Təlim-Tərbiyə idarəsinn toplantı salonunda keçirilən iclasda Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin doktor Məhəmmədəli Ali-Haşim və dövlət məsulları iştirak edib.
AranNews-in Nizami Gəncəvi Konfransının ictimai əlaqələr bölməsinə istinadla verdiyi məlumata görə, iclas fars dili və ədəbiyyatı müəllimlərinin yüksək iştirakı ilə baş tutub. İclasda Şərqi Azərbaycanın ədəbiyyat müəllimləri, o cümələdən doktor Əhmədi çıxış ediblər və şer oxuyublar.

Konfransın gələcək iclaslarının Təbriz universitetlərində və Azad İslam Universitetində keçirilməsi nəzərdə tutulub. Xarici ölkələrin müəllimlərinin iştirak edəcəyi iclas isə 25 fevralda konfransın əsas toplantı salonunda baş tutacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Konfrans 26 fevralda İran, Azərbaycan, Türkiyə, Tacikistan, İraq, Suriya və Misir kimi ölkələrin ədib və mütəfəkkirlərinin iştirakı ilə Təbrizin Müəllim Tərbiyəsi salonunda keçiriləcək.





  • Yazılıb
  • da (də) 2017 Dec 27
  • Göndərən مدير سايت Aran News