Türkiyənin qeyri-dövlət təşkilatlarının üzvləri belə inanırlar ki, laik partiyalar və siyasi qruplar hakim ədalət və inkişaf partiyasına qarşı çevriliş həyata keçirmək ardıncadırlar
Turky Servisi/Aran Agentliyi
Türkiyədəki qeyri-dövlət təşkilatları İstanbulun təqsim meydanında geniş aksiya keçirərək Türkiyənin İslamçı hökümətinə qarşı laik dairələrin qeyri-dramatik hərəkətlərinə öz etirazlarını bildiriblər. Türkiyənin qeyri-dövlət təşkilatlarının üzvləri belə inanırlar ki, laik partiyalar və siyasi qruplar hakim ədalət və inkişaf partiyasına qarşı çevriliş həyata keçirmək ardıncadırlar. Türkiyənin qeyri-dövlət təşkilatları qeyd edilən etiraz aksiyasının adını "çevrilişə qarşı 70 milyon addım" adlandırıblar. Türkiyənin konstitusiya məhkəməsi bu ölkə parlamentinin son qanun layihəsini ləğv edərək, Türkiyə universitetlərində islami geyimin azad edilməsini yenidən qadağan etdi ki, bu məsələ Türkiyə xalqının bu ölkənin iqtisadi dairələri və qeyri-dövlət təşkilatlarının geniş etirazları ilə üzləşdi.