Nardaran hadisələrindən sonra həbs olunan şəxslərdən üçü Bakı istintaq təcridxanasının cərimə kamerasına (“kars”) salınıb.
Arannews-meydan.tv-Cəzalandırılan dustaqlar Ağa-əli Yəhyayev, Seyfəddin Şirvanov və Əli Şahbazovdur.Həmin şəxslərin cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Dekabrın 26-da keçirilən iclas zamanı nəzarətçilər prosesi izləməyə gələn qadınlardan birində telefon görüb. Onu alarkən aralarında mübahisə yaşanıb. Təqsirləndirilən şəxslər də buna etiraz ediblər və buna görə cəzalandırılıblar. Onların saçını qırxıblar.