Arannews-Fələstinin Əl-Xəlil şəhərində  dekabr ayının 7-də  gözləri bağlı halda 22 işğalçı İsrail əsgərinin qorxu ilə həbs etdiyi 16 yaşlı fələstinli gənc Fəvzi əl-Cunidi sərbəst buraxılıb.  Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail rejim məhkəməsi  Fəvzi əl-Cunidini  10 min şekeli ödədikdən sonra zəmanətə buraxılıb. 
 F.Əl-Cunidi həbsdə saxlandığı müddətdə işğalçı güclər tərəfindən işkəncə olunduğu və sağ çiynində sınıqların olduğu bildirilir. 
 BMT Uşaq Fondunun Fələstin şöbəsi  F.əl-Cunidinin dekabrın 7-də  gözləri bağlı  formada çox sayda əskər tərəfindən  saxlanılmasından sonra onu müayinə edib.  Müayinə zamanı  məlum olub ki, işğalçı İsrail rejim əskərləri  F. əl-Cunidini saxlayarkən onu döyüblər.
 Bunun nəticəsində  Cunidinin bədənində döyülmə izləri və sağ çiynində sınıq olduğu müəyyən edilib.