Xalqın qeyrətli şiə balalarına terrorçu vəhabilər tərəfindən Banotdeldə işkəncə verilməsi Nardaran hadisəsinin pərdəarxasını və hansı ölkələrin sifarişi ilə baş tutduğunu göstərir
Arannews:Truth.ngo-istinadən xəbər-“Nardaran işi-2”-nin bu günkü məhkəmə iclasında ittiham olunanlarından İsa Lənkərani dedi: “Bizi Banotdeldə vəhabilərə döydürürdülər.”2011-ci ildə Evrovisionda proqramlaşdırılmış geyparada etiraz edən inanclı jurnalist Nicat Əliyev İsrail rejiminin səfirliyinə aparılıb orada saatlarla dindirilmişdi.
İsa Lənkərani gənc ilahiyyatçıdır. Onun ən böyük cinayəti möhtəşəm Aşura mərasiminin keçirilməsində yardımçı olması olub. Belə insana terrorçu vəhabilər tərəfindən Banotdeldə işkəncə verilməsi Nardaran hadisəsinin pərdəarxasını və hansı ölkələrin sifarişi ilə baş tutduğunu göstərir.
Nardaran və Lənkəranda 100 minlərlə insanın iştiraki ilə keçirilən İmam Hüseyn matəmi yalnız İsrail rejimi və vəhhabi Səudiyə krallığının narahatçılığına səbəb olurdu.
Məhz buna görə Nardaran, Lənkəran, Gəncə hədəfə alınır və yezidsifət məmurlar Azərbaycanın müstəqilliyini hədəfə alaraq məlum səfirliklərin sifarişini yerinə yetirirlər. Mömin insanlar Nardaranda şəhid edilir və iki inanclı polis məhz dindarları terrorçu qələmə vermək niyyəti ilə amansızcasına öz həmkarları tərəfindən qətlə yetirilir. Nəticədə 100 nəfərdən çox inanclı insan Nardaran, Gəncə və Lənkəranda günahsız yerə həbs edilir.
Azərbaycan dövləti öz müstəqilliyini nümayiş etdirmək üçün məlum səfirliklərə muzdurluq edən məmurların vasitəsi ilə günahsiz yerə həbs edilən insanları azad etməlidir.