Tarix : 2017 Dec 29
Kod 53909

Aşura günü karsa salınaraq işgəncə verilən ilahiyyatçıdan ŞEİR

İlahiyyatçı İsa Lənkəraninin zindanda Aşura günü əlləri, ayaqları, bağlı vəziyyədə işgəncə olunmasından şeir yazdı.
Aran Agentiliyi:  (Bunları məhkəmədə özü bildirib.)

Aşura günündə karsa salındım
Karsda oldum, kars nə kars...
Qolum bağlı qandallı...
Yada saldım O, Mövlamı.
O, Mövla ki adı Əli,
İbni Hüseyn ibni Əli.
Yəni ki Səccad Ağamı,
Qolu bağlı O, Mövlamı.
Təvvəsül etdim O, Şaha,
Əsir olmuş Yadigara.
Söylədim: Ey, Səccad Ağa,
Eylə nəzər bu pənaha!
İndi Sizi dərk edirəm...
Gözlərindən yaş ələyən, 
Sizinlə olmaq istəyən
Bu şiəyə izn varmı?
Karvanında bir yer varmı?
Əsir olduq sona qədər,
Gündüzlərdən şama qədər,
Çatdı Yəzid sarayına
Qolu bağlı bir Şah qədər.
Sizi sevən şiələrin
Qollarını bağlayıblar.
Sizə -Ləbbeyk deyənlərin
Qəlblərini dağlayıblar.
İndi Sizi dərk edirik.
Sizlə olmaq istəyirik.
Sizin Yolda əsir nədir
Hətda ölmək istəyirik..
Şam azanı vaxtı idi,
Amma qolum bağlı idi.
Dedim Allah, bu nə haldı?
Bu nə zaman, bu nə andı?
Bu an bir zamanlar axı
Qolu bağlandı Zeynəbin
Qardaşlarla bahəm gələn
Qardaşsız qaldı Zeynəbim.
Onun da qolu bağlanmışdı,
O, da əsir yollanmışdı.
Kərbəladan Şama qədər 
İmam Səccadla həm səfər.
Ərze ədəb salam verdim
O, Zəhranın nişanına.
Qollarımı nişan verdim
Karivanın ustadına.
Ya Zeynəb Binti Əli,
Cənab Əlinin bənzəri!
Bu zindanda bizki varıq
Bu dərsi Sizdən almışıq.
Bunun üçün şükr edirik,
Rəbbimizə həmd edirik.
Bizi aciz edə bilməz
Kimlər gəlib, kimlər getsə.
Talelərin şüarı var: 
HEYHAT MİNNƏZİLLƏ!

İsa Lənkərani
31.09.2017


Şərhlərə bax və Şərh yaz
Şərh et
  • Yazılıb
  • da (də) 2017 Dec 29
  • Göndərən مدير سايت Aran News
Açar sözlər