Tarix : 2008 Jun 21
Kod 5391

İSRAİL İRANA HÜCUM EDƏ BİLƏRMİ

Bu günlərdə yenə İrana istiqamətli hücum planları və döyüş ssenariləri gündəmə gətirilir. Amma bu dəfə ABŞ-ın deyil, İsrailin hücumları ilə əlaqədar ssenarilər gündəmdədir
Iran Servisi/Aran Agentliyi
Uzun müddətdən bəri ABŞ-ın İrana hücum planları gündəmdə idi. ABŞ-ın maraqlarına xidmət edən və psixoloji döyüşlərində qabaqcıl güc olaraq istifadə edilən media orqanları Buşun hücum planlarıyla əlaqədar müxtəlif ssenariləri gündəmə gətirmişdilər. Nəşr olunan ssenarilərdən bəzilərinə görə ABŞ-ın İranı havaya uçurması haradasa bir an məsələsi idi. Bir səhər qalxdığımızda Tehranın da Bağdat kimi Amerikan əsgərləri tərəfindən tapdalandığının mənzərələrini ekranlardan seyr etməmiz uzaq bir ehtimal olmayacaqdı.

Biz o ssenarilərin nəşr olunduğu günlərdə yazdığımız şərhlərdə ABŞ-ın mövcud şərtlərdə İrana hücum etməyi heç də ehtimal daxilində olmadığını dilə gətirmişdik. İraq və Əfqanıstanda davamlı qan itirən ABŞ-ın bölgədə üçüncü bir cəphə açması mümkün deyildi. Həmçinin ABŞ, İranın nə növ silahlara sahib olduğunu bilmədiyi kimi bu ölkənin çox əhəmiyyətli strateji üstünlükləri haqqında da xəbəri vardı.

Bu günlərdə yenə İrana istiqamətli hücum planları və döyüş ssenariləri gündəmə gətirilir. Amma bu dəfə ABŞ-ın deyil, İsrailin hücumları ilə əlaqədar ssenarilər gündəmdədir. Bir MKİ agentinə istinad edilən iddiada İsrailin İrana hücum planının haradasa dönüşü olmayan bir plan halına gəldiyi kimi gündəmə verilməsinəçalışıldı. Almaniyanın məşhur Der Spiegel jurnalı da İsrailin hücum planıyla əlaqədar filmin ssenarisini gündəmə çıxardı.. Ssenariyə görə alovlar içində bir Orta şərq görməmizə çox zaman qalmayıb.. İsrailin hücum planını reallaşdırması vəziyyətində isə İran İslam Respublikasının yalnız bir neçə günlük ömürü qalmış olacaq.

Sanki Amerikan yumağı özünün cəsarət edə bilmədiyi hücumu İslam aləmini narahat etməklə vəzifələndirdiyi finosuna təhvil vermiş görünür. Halbuki o fino indiyə qədər öz hesabları, planları üçün Amerikan itini qarşıyabburaxıb. Bu gün rəftar dəyişdirmiş ola biləcəyi və ABŞ hesabına fədakarlıq edəcəyi ağla uyğun gəlmir.

Amerikan filmləri kimi ssenarilər çıxarıldığını və zehinlərdə sanki kiçik qiyamət mənzərələri yaradılmasına çalışıldığını görürük. Qurulan ssenarilərin böyük psixoloji təsir etməsi üçün şarlarını da böyük şişirirlər.

İzlənilən strategiyayla sosyo-psikolojik döyüş verilir. Yəni bir tərəfdən qorxu ssenariləri çıxarılarkən, bir tərəfdən də cəmiyyətin İranı məhkum etməsi üçün bir istiqamətləndirmə edilir. İranın nüvə texnologiyasını inkişaf etdirmə mövzusundakı israrının həm özünü, həm də bütün Orta şərqi atəşə sürüyəcəyi qənaətinin cəmiyyətdə yayılması göstərilir. Bu istiqamətləndirməyi edənlər nüvə texnologiyaasından faydalanmanın İranın haqqı olduğunu, bu ölkənin nüvə silah əldə etmə məqsədi daşımadığını elan etməsinə və texnologiyasını yoxlamaya açmasına baxmayaraq onu hədələyənlərin hal hazırda nüvə silaha sahib olduqlarını, üstəlik nüvə texnologiyalarını da nəzarət etməyə açmadıqlarını heç müzakirə mövzusu etmək belə istəmirlər.
Yaxşı, imperializmin xidmətindəki media orqanlarından faydalanaraq sosyo-psikolojik döyüş icra edən Sionist işğal dövlətinin iddia edildiyi şəkildə İrana hücum etməsi mümkündürmü?

Sionist dövlət bu sıralarda öz daxilində ciddi problemlər yaşayır. Olmertin rüşvət iddiasından ötəri onu istefaya məcbur edən siyasi ətrafların bunu bacara bilməmələri səbəbilə seçkiləri önə götürməyi qərarlaşdırmaları üzərinə, Sionistlər seçki investisiyası etmək ehtiyacı duymağa başladılar. Onların seçki investisiyasında ən çox istifadə etdikləri vəsait isə qan və hədədir. Olmert guya, Qəzzaya geniş diametrli bir əməliyyat planlayırdı və davamlı bu planının gündəmdə qalmasını istəyirdi. Amma nəticədə atəşkəsə razı oldu. Atəşkəs xüsusilə Qəzzaya yaxın Yəhudi məskunlaşma mərkəzlərində ona səs qazandırmış ola bilər. Amma digər tərəfdən müxtəlif siyasi ətraflar onun atəşkəsi qəbul etməsini Fələstin müqaviməti qarşısında məğlubiyyəti qəbul etməsi olaraq qiymətləndirdilər. Buna görə Sionist rəhbərlik bu sıralar yenidən bölgədə bir döyüş fırtınası əsdirmə ehtiyacı duyur. Belə bir fırtına üçün də ən uyğun hədəf olaraq İranı görür.

Sionist dövlət qısa bir müddət əvvəl də Suriyaya qarşı bənzər bir fırtına əsdirmiş, bu ölkəni hədə məqsədilə tarixinin ən böyük əsgəri manevrini reallaşdırmışdı. Amma çox keçmədən Türkiyəni dövrəyə soxaraq Suriyaya "barış (!)" mesajları göndərməyə başladı.

İsrail son dövrdə çətin təcrübələr yaşadı. İçməyə cəhd etdiyi südlər ağızını pis yandırdı. O yeni bir qaynar süd içməyə cəsarət edə bilməz. Başqa sözlə bu günlərdə gündəmə gətirilən döyüş ssenariləri kimsəni təlaşlandırmasın. Sionist canavar düşəcəyi quyuya doğru yavaş yavaş diyirlənir. Üstünə torpaq atacağımız günlər uzaq deyil.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 21