Tarix : 2017 Dec 29
Kod 53910

“Onlar gələndə”… Nardaran məhbuslarına ithaf olunur – Həmid Türki

Azərbaycan Respublikası ictimaiyyətində hökm sürən, yalnız və yalnız Martin Nimöllerin “Onlar gələndə” şeiri ifadə edilməsi mümkün olan və ölkədəki ictimai-siyasi vəziyyəti ən doğru şəkildə izah edən – “Onlar gələndə” şeirnə nəzirə…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvlərinə hökm oxundu. “Nardaran işi-2” adı veriən – Mayıl Bayramovun sədrlik etdiyi məhkəmə hoqqabazlığında növbəti dindar gənclərdən ibarən qrupa üst-üstə 150 ildən artıq iş verildi. Qeyd edək ki, bir müddət əvvəl də şərlənərək həbs edilən dindar cavanlara eynilə bu cür agır – üst-üstə 150 ildən artıq iş verilmişdi.

Və onu da deyək ki, öz xalqına qənim kəsilən Azərbaycan hakimiyyətinin xalqa bu zülmü hələ davam edəcək. Çünki ölkədə elə bir vəziyyət yaranıb ki, onu yalnız və yalnız Alman ruhanisi Martin Nimöllerin “Onlar gələndə” şeiri ilə izah etmək olar.

Əvvəlcə həmən şeirlə tanış olaq:

Alman ruhanisi Martin Nimöllerin “Onlar gələndə” şeiri:

Kommunistlərin dalınca gələndə mən susdum, çünki mən kommunist deyildim.

Onlar sosial-demokratları içəri atanda mən susdum, çünki mən sosial-demokrat deyildim.

Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim.

Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki yəhudi deyildim.

Onlar mənim dalımca gələndə isə artıq buna etiraz edəcək heç kim qalmamışdı.

Bu isə –  Azərbaycan ictimaiyyətində hökm sürən,  yalnız və yalnız Martin Nimöllerin “Onlar gələndə” şeiri  ifadə edilməsi mümkün olan və Azərbaycan Respublikasındakı ictimai-siyasi vəziyyəti  ən doğru şəkildə izah edən sözü gedən “Onlar gələndə” şeirnə nəzirə:

– Onlar Qarabağı satanda mən susdum, çünki qarabağlı deyildim.

– Talışların milli-mədəni hərəkatını məhv edib talış fəallarını içəri atanda da dinmədim, çünki mən talış deyildim.

– Sonra onlar dindar qadınların hicabını açmağı tələb edib onları təhsil ocaqlarına buraxmadılar, mən isə vecimə də almadım, çünki hicablı deyildim.

– Qeyrətli dindar oğullar öz ana-bacıların hicabını müdafiə edib zindanlara atılanda da susdum, çünki dindar deyildim.

– Onlar haqqlarını tələb edənlərin şiələrin ciblərinə narkotik maddə və evlərinə isə silah ataraq şiə fəalları içəri atdılar, mən isə yenə susdum, çünki mən şiə də deyildim.

– Daha sonra onlar Nardarana soxulub xalq hərəkatını məhv etdilər, mən yenə dinmədim, çünki mən nardaranlı deyildim.

– Onlar, tək günahı – İslam Peyğəmbərinin (s) ciyərparası İmam Hüseynin (ə)  qiyamını yaşatmaq üçün Məhərrəmlik mərasimləri keçirmək olan,  xalqın imanlı və qeyrətli  balalarını gəlib məscidlərdən aparanda da, sonra onlara kürləvi şəkildə məhkəmə keçirib üst-üstə 300 ildən çox həbs cəzası verəndə də, mən: “Məhərrəmlik və Aşuradan mənə nə!”, –  deyib, susdum…

– İndi onlar mənim haqqımı yeyir, qazandığımı əlimdən alır, mənə şapka qoyur, dədəmi yandırırlar! Amma mən yenə dinmirəm, çünki dinməyimin faydası yoxdur, artıq təkəm… Məni müdafiə edən heç kim qalmayıb…

 

 

Həmid Türki

  • Yazılıb
  • da (də) 2017 Dec 29
  • Göndərən مدير سايت Aran News
Açar sözlər