Tarix : 2017 Dec 30
Kod 53913

Avropa Şurasından göndərilən məktub İlqar Məmmədova çatmadı

2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan İlqar Məmmədovun vəkili Fuad Ağayevin sənədləri əlindən alınıb. Fuad Ağayev isə deyir ki, onların vəkilin sənədlərini yoxlamaq, müvəkkili ilə yazışmalarını senzuradan keçirmək hüquqları yoxdur.
Arannews:meydan.tv-istinadən xəbər-O sənədlərin içində bilavasitə vəkil sirri hesab edilə biləcək məktub var idi. Avropa Şurası Nazirlər Komitəsindən mənə göndərilən məktub da var idi. Mən boş çıxdım, heç qovluğu da mənə qaytarmadılar. İlqar Məmmədovla görüş zamanı cəhd göstərdim ki, sənədləri bizə versinlər. Cavablarında dedilər ki, o sənədlər tərcümə olunur. Hansı ki, buna ixtiyarları belə yoxdur”.
Sənədlər daha sonra da vəkilə qaytarılmayıb.
ReAL sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan ReAL Hərəkatının lideri İ.Məmmədova məktub göndərib. Məktub Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır.
Məktubda Nazirlər Komitəsinə, hökumətə və müdafiə tərəfinə gələn ilin martın 1-nə qədər sorğu ilə bağlı yazılı şərhlərin verilməsi üçün vaxt qoyulub.

  • Yazılıb
  • da (də) 2017 Dec 30
  • Göndərən مدير سايت Aran News