Şərqi Azərbaycan Azad İslam Universitetinin rektoru bu universitetin yeni işləri barədə açıqlama verərəkən deyib: “Təbriz Azad İslam Universiteti Azərbaycan Respublikasının Bakı şəhərində öz filialını açacaq.”
AranNews – Şərqi Azərbaycan Əyaləti üzrə Azad İslam Universitetinin rektoru Əziz Cavanpur Təbriz Azad İslam Universitetinin təsis edilməsinin 35 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib: “Bu universitet Azad İslam Universitetinin ölkədə ilk bölmələrindən olub və bugünləri Azad İslam Universitetləri arasında yüksək reytinqə sahibdir.”Bu universitetdə 23 min tələbənin təhsil almasına işarə edən rektor deyib: “Hal-hazırda Təbriz Azad İslam Universitetində 263 ixtisas mövcuddur və onlardan 118-i magistrantura və 56-sı doktorluq üzrə fəaliyyət göstərir. Universitetin elmi heyətinin üzvlərinin sayı 517 nəfərdir.”
Əziz Cavanpur Azad İslam Universitetinin təsis və qəyyumlar heyətinin sədri doktor Vilayətinin bu universitetə yeni təklifini də vurğulayıb: “Təbriz Azad İslam Universiteti Azərbaycan Respublikasında öz filialını açmaq üçün təklif almışdır. Bu haqda İranın Azərbaycandakı səfiri və bu sahə üzrə məsul şəxslərlə danışıqlar aparılır. Bu universitet lazım olan müxtəlif ixtisaslar üzrə tələbə yetişdirəcək. Ən çox tələb olunan sahə tibb sahəsidir”.