Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb. Bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildiriblər.
Arannews-Nazirliyin mətbuat nümayəndəsi Əşrəf əl-Kedranın sözlərinə görə, döyüş güllələri ilə yaralanan 34 nəfər xəstəxanaya yerləşdirilib: "İki nəfərin vəziyyəti ağırdır. Daha 64 nəfər qazdan zəhərlənəndir. Onlara yerindəcə yardım edilib".
Fələstin Qırmızı Xaç Təşkilatının nümayəndəsi Erab əl-Fukaha bildirib ki, tibb işçiləri İordan çayının qərb sahilində daha 130 fələstinliyə təcili yardım göstərib: "Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar gözyaşardıcı qazdan zəhərlənib".