Tanınmış müsəlman jurnalist və ictimai xadim Ayna Qamzatovanın Rusiya prezidentliyinə namizəd olması xəbəri sosial şəbəkələrin Rusiya seqmentində canlı müzakirələrə səbəb olub.
Arannews-Maide.Az bildirir ki, müsəlman xanımın namizədliyini dəstəkləyən seçici qruplarının ümumi yığıncağı dekabrın 30-da Mahaçqalada keçiriləcək. Ayna Zairbekovna Qamzatovanın sənədləri yanvarın 5-nə qədər Rusiya Mərkəzi Seçki Komitəsinə təqdim olunacaq.
Xatırladaq kai, Dağıstan Respublikası müftisi Əhməd Abdullayevin həyat yoldaşı olan 46 yaşlı A. Qamzatova Rusiyada ən böyük müsəlman informasiya holdinqinin rəhbəridir. O, Rusiya Jurnalistlər İttifaqının üzvü və “İslam” jurnalının baş redaktorudur.
Bu fəal müsəlman xanım Dağıstan Respublikası müftisisinin hakimiyyət orqanlarıyla əlaqələr üzrə müşaviri və digər ictimai-siyasi vəzifələrin sahibidir. A.Qamzatova eyni zamanda təhsil sahəsində də fəaldır.
O, Rusiya Ədliyyə Nazirliyi Hüquq Akademiyasının Şimali Qafqaz İnstitutunun direktor müavini, həmçinin eyni akademiya nəzdindəki hüquq kollecinin prorektorudur. (Moderator.az)