Səud rejiminin Yəməndə mülkü vətəndaşları hədəfə almasına cavab olaraq Yəmən Ordusu Səudiyyəyə katyuşa və balistik raketlə cavab verib
Arannews-İslamazeri.com xəbər verir ki, Yəmən Ordusu və Yəmən Ənsarullah hərəkatı Səudiyyə Ərəbistanına balistik raket zərbəsi endirib. "Alalam"ın xüsusi müxbiri raket zərbəsinin Ər-Riyadda bir hərbi birləşməyə tuş gəldiyini bildirib."Almasirah" isə cümə axşamı günü Məaribdəki Səudiyyə hərbi birləşmələrinin obyektlərinə katyuşa ilə atəş açılmasından xəbər verib.
Bu arada yenə "Almasirah" (Yəmənin telekanalı) Səud ordusunun pilotsuz təyyarəsinin vurulması xəbərini yayıb.