Zəlzələnin episentri Noyemberyan rayonunun mərkəzindən 12 km cənub-şərqdə qeydə alınıb
Armenia Servisi/Aran Agentliyi
Dünan Ermənistanın şimal-şərqində zəlzələ baş verib. Respublikanın milli seysmologiya xidmətindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04.41-də baş verib. Zəlzələnin episentri Noyemberyan rayonunun mərkəzindən 12 km cənub-şərqdə qeydə alınıb, yeraltı təkanların gücü episentrdə 12 ballıq şkala üzrə 5 bal olub, Zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb. Yeraltı təkanları Berd rayonun (4-5) və İcevan rayonunun (3-4 bal) sakinləri hiss edib.